Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” Liqa mərhələsinin VI turunda “Ayaks”ı qəbul edəcək.
Niderland nəhənginin Bakı səfərinin detalları məlum olub.
“Qırmızı-ağlar” paytaxtımıza oyundan iki gün əvvəl təşrif buyuracaq.
Dekabrın 8-də çarter reysli təyyarə ilə havaya qalxacaq qonaqlar həmin gün axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək.
"Ayaks” ın qalacağı otel də məlumdur. “Qarabağ”ın rəqibi lüks məkanlardan olan “Absheron Marriott”u seçib.
Dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

