COP29

"Belə şeylərə vaxt ayırmağa bizim zamanımız yoxdur" - Qurban Qurbanov

26 May 22:20 Qarabağ 438
"Belə şeylərə vaxt ayırmağa bizim zamanımız yoxdur" - Qurban Qurbanov

"Qarabağ" Azərbaycan Premyer Liqasının son turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Bir neçə həftə öncə çempionluğu təmin etməyimizə baxmayaraq, kuboku bu gün əldə edəcəklər. Hamı bu anı səbirsizliklə gözləyir. Elə futbolçular var ki, ilk dəfədir çempion olur. Oyun sakit keçdi. Hər iki komandanın oyunçuları centilmencəsinə oynadılar. Bu, mənim üçün xoş oldu. Elmar Baxşıyevə uğurlar arzulayıram.

- Bir həftə sonra kubokun finalı var. Bu oyun haqda fikirləriniz necədir?

- Bəlkə futbolçular daha çox istirahət etmək istəyərdi. Amma onların hər biri peşəkardır. Titulların sayını çoxaltmaq istəyirlər. Hər il bu şans ələ düşmür. Bizi yaxşı mövsüm keçirən komandaya qarşı oyun gözləyir. İnanıram ki, hamı üçün maraqlı oyun olacaq. İkinci dəfədir "Zirə" ilə oynayırıq. Hər iki komandanın oyunçularına uğurlar arzulayıram.

- Əvvəlki çempionluqlarla bunun arasında hansı fərqlər var?

- Həm mövsümdə bizim üçün üç turnir var. Premyer Liqa, kubok və avrokuboklar. Hər üçünü düşündüyümüz qədər qoruya bildiksə, bizim üçün avantajdır. Bəlkə də əvvəlki çempionluqları daha aqressiv qeyd etmişik. İndiki çempionluq daha sakitdir. Hər bir halda mövsümün əvvəlində qarşımıza qoyulan məqsədlərdən biri çempion olmaqdır. Ona görə də digər çempionluqlarla bunun fərqi yoxdur. Çempionluğun sayını nə qədər çoxaltsaq, bizim karyeramızda bir iz olur. Çempion adı həmişə dəyərlidir.

- Növbəti mövsüm üçün Azərbaycan futbolu və klublarına nə arzulayırsız?

-Bol-bol uğurlar, sağlam rəqabət arzulayıram.

- Lunyovun menecerinin açıqlamaları ilə bağlı hüquqi addım atmağı düşünürsünüz?

- Qətiyyən yox. Bizim üçün narahat olacaq nüans yoxdur. İşimiz, nəticələrimiz göz qabağındadır. Hansısa fikirlərə görə klubun imicini aşağı salmağa ehtiyac yoxdur. İnsan addım atanda öz xalqını düşünür. Biz işimizi görürük. Bizə qarşı o qədər təxribatlar olub. Belə şeylərə vaxt ayırmağa bizim zamanımız yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti