"Qarabağ"a lazım olmadı, ölkəsinə qayıdır

21 May 2024 16:00 Qarabağ 7 124
"Qarabağ"a lazım olmadı, ölkəsinə qayıdır

Yayda "Qarabağ"ı tərk edəcək futbolçulardan biri Riçard Almeyda olacaq.

Ağdam təmsilçisi mövsümün sonu müqaviləsi başa çatacaq braziliyalının xidmətində maraqlı deyil.

Artıq 35 yaşlı yarımmüdafiəçinin gedəcəyi ünvan da məlumdur.

O, Braziliyaya qayıtmağı düşünür.

Hələ daha bir il oynamaq barədə düşünən orta sahə oyunçusu vətənindən gələn təkliflər arasında seçim edəcək.

2012-ci ildən "atlılar"ın şərəfini qoruyan "sambaçı" meydana çıxdığı 348 matçda 60 qol, 16 asistlə yadda qalıb.

Milliləşdirilən cənubi amerikalı Azərbaycan yığmasında keçirdiyi 31 görüşdə 3 qol vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!