Beş milyon qiyməti olan braziliyalı “Qarabağ”a qayıtmaq üçün… Xahiş edib?

11 Aprel 2024 00:30 Qarabağ 3 785
Beş milyon qiyməti olan braziliyalı “Qarabağ”a qayıtmaq üçün… Xahiş edib?

“Krasnodar”ın vingeri Kadi Borges yayda “Qarabağ”a qayıda bilər.

Sportinfo.az Pressing.az-a istinadən xəbər verir ki, 27 yaşlı braziliyalı komandanın baş məşqçisi Murad Musayevə ayrılmaq istəyi ilə bağlı xahiş edib.

O, agentinə “Qarabağ”a qayıtması üçün danışıqlara başlamasını tapşırıb.

“Qarabağ”ın Kadini transfer etmək üçün böyük büdcəsi olmasa da, braziliyalını icarəyə götürməyə müsbət yanaşa bilər.

Rusiyada axtardığı xoşbəxtliyi tapmayan Kadi keçidin tezliklə həll olunmasını istəyir və yayda ağdamlılara qoşulmağı arzulayır.

“Krasnodar” Kadini 2023-cü ilin yanvarında beş milyon avro qarşılığında transfer etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR