Gəncəlilər BU XƏBƏRƏ sevinir - "Qarabağ"la bağlı

4 Fevral 2023 09:40 Qarabağ 1 425
Gəncəlilər BU XƏBƏRƏ sevinir - "Qarabağ"la bağlı

Bu gün Gəncədə futbol bayramı olacaq.

Səbəb ölkənin ən sevilən və uğurlu nəticələrə imza atan komandasının Nizami yurduna səfər etməsidir.

Artıq bir neçə gündür Gəncədə məlum qarşılaşma ilə bağlı canlanma müşahidə olunur.

Rəqibin adının “Qarabağ” olması əsas amildirsə, digər sevindirici xəbər son ev matçlarından fərqli, bu dəfəki görüşün həftəsonuna təsadüf etməsidir.

Məktəblilər və tələbələr bu imkandan maksimum yararlanmaq niyyətindədir.

Bu gün Gəncə şəhər stadionunda PFL-in icazə verdiyi sayda – 3 min azarkeşin olacağına şübhə yoxdur. Təbii ki, əksəriyyət “Qarabağ”ın futbolçularını canlı olaraq iş başında görmək üçün gələcək.

Premyer Liqanın 21-ci turu çrəçivəsində keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu saat 14:00-da başlayacaq.

Görüşü adi sektorlarda izləmək istəyənlər 3, VİP-lojada baxmaq istəyənlər 10 manatından keçməlidir. Artıq bilet satışı yekunlaşmaq üzrədir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti