Asiya klubu “Qarabağ”dan istədiyi oyunçuya sonuncu dəfə möhlət verdi - TƏLƏS…

14:00 Qarabağ 1 078
Asiya klubu “Qarabağ”dan istədiyi oyunçuya sonuncu dəfə möhlət verdi - TƏLƏS…

Çin klubu Bəhlul Mustafazadəyə vaxt verib.

Millimizin müdafiəçisi qarşıdakı bir neçə gün ərzində qarşı tərəfə yekun sözünü deməlidir. Ki, «Qarabağ»dan ayrıla bilir, ya yox.

Hələlik adı gizli saxlanılan yüksək liqa təmsilçisi artıq gözləmə mövqeyi sərgiləmir. Çünki onların müdafiənin mərkəzinə başqa alternativləri var.

Öncəlik azərbaycanlı futbolçudadır.

Ondan tez cavab almaq istəyirlər ki, digər namizədlərlə bağlı işlərini bilsinlər. Mustafazadənin işi alınmasa, onlara dönəcəklər.

Bəhlulun fikri legioner həyatı yaşamaqdır. Niyyəti barədə həm «Qarabağ» rəhbərliyini, həm də baş məşqçi Qurban Qurbanovu məlumatlandırıb.

Onun ayrılmaq həvəsinə düşməsi «köhlən atlar»ın ürəyincə deyil. Hər halda «Qəbələ»nin yetirməsinin onlarla hələ ilyarımlıq müqaviləsi qalmaqdadır. Sadəcə, oyunçunun israrını görürlər.

Çünki yığmamızın üzvü Asiya ölkəsində böyük pullar qazanmaq fürsəti yaxalayıb. Ora getsə, 2+1 illik müqavilə imzalayacaq. Hər mövsümə görə əldə edəcəyi məbləğ 600 min avro civarında olacaq.

Bu sövdələşmə «Qarabağ»a da pul gətirəcək. Çin tərəfi bu keçid üçün təzminat ödəməyə hazırdır.

Mövcud sualların cavabına «Liverpul»la matçdan sonra aydınlıq gələcək. Bu oyun yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-su, saat 00:00-da başlanacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti