“Qarabağ”ı istəyənlər Bakıda işıq şousu yaratdı - FOTO

12:40 Qarabağ 631
“Qarabağ”ı istəyənlər Bakıda işıq şousu yaratdı - FOTO

La Gambeta əsasən "yutub" və sosial media üzərindən fəaliyyət göstərən məşhur idman / futbol məzmunli onlayn media platformasıdır.

Sportinfo.az xəbər verir ki, Meksikada fəaliyyət göstərən səhifənin İnstaqramda 1,4 milyon üzvü var.

UEFA Çempionlar Liqasının “Qarabağ” - “Ayntraxt” matçı (3:2) meksikalıların da marağını çəkib. Xüsusən azərbaycanlı azarkeşlər. Səhifə yazır:

“Qarabağ” azarkeşlərindən işıq şousu!

“Qarabağ” azarkeşləri tribunalarda telefon işıqlarını yandıraraq “Freed From Desire” mahnısının sədaları altında möhtəşəm atmosfer yaratdılar.

“Qarabağ” – “Ayntraxt Frankfurt” oyunu zamanı azarkeşlər unikal işıq şousu ilə hər kəsi heyrətləndirdi.

Tribunalardakı fanatlar telefonların işıqlarını yuxarı-aşağı hərəkət etdirərək sanki musiqi şousundan çıxmış vizual atmosfer yaratdılar”.

Səhifə bunu həmçinin “Coldplay” adlı ingilis rok/pop qrupunun konsertləri ilə müqayisə edib. Qrup konsertlərində işıq, telefon fənərləri, rəngli biləkliklər ilə möhtəşəm şoular göstərir.

Göründüyü kimi, artıq “Qarabağ” dünyada nəticələləri ilə deyil, həm də fanatlarının diqqətçəkən addımları ilə də təəccübləndirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti