Qurban Qurbanov nidaerlandlı hücumçunun transferindən vaz keçdi

30 İyun 2022 15:00 Qarabağ 1 826
Qurban Qurbanov nidaerlandlı hücumçunun transferindən vaz keçdi

Çempionlar Liqasına hazırlaşan “Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov nidaerlandlı hücumçunun transferindən imtina edib.

Bu haqda klubdan Sportinfo.az-a informasiya daxil olub.

Redaksiyamıza verilən məlumata görə, bir müddətdir gündəmdə yer alan forvardla müqavilə imzalanmayacaq. Bunun səbəbi açıqlanmır.

Ancaq güman etmək olar ki, “köhlən atlar” Avropa klublarının birində forma geyinən niderlandlıdan yüksək təzminat tələbi üzündən vaz keçib.

Bu yay Xayme Romero və Patrik Andrade ilə vidalaşan “Qarabağ” “Hapoel Təl-Əviv”dən Marko Yankoviçi transfer edib. Monteneqrolu yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Azərbaycan çempionu bugünlərdə "Nautiko"nun yarımmüdafiəçisi Rhaldneyi almaq fikrindən daşınıb. Keçidin alınmamasına Pernambuku təmsilçisinin saxtakarlığa əl atması səbəb olub.

Danışıqlar "köhlən atlar"ın Braziliya təmsilçisinin ödəniş üçün təqdim etdiyi bank hesabından şübhələnməsindən sonra dayandırılıb.

İddiaya görə, "Nautiko" depozit üçün klubun deyil, direktorlardan birinin hesab nömrəsini göndərib. Bundan sonra isə anlaşma pozulub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!