"Qarabağ" hücumçusu ilə vidalaşır? - "KOCA(eli)"dən İDDİA

20 Yanvar 2022 13:20 Qarabağ 106 211
"Qarabağ" hücumçusu ilə vidalaşır? - "KOCA(eli)"dən İDDİA

"Qarabağ"ın legioneri İbrahima Vadji "Kocaelispor"un maraq dairəsinə düşüb.

Sportino.az-ın qəzetinə istinadən məlumatına görə, seneqallı hücumçunun icarəyə götürülməsi planlaşdırılır.

27 yaşlı forvardın hazırda Ağdam komandasında özünü xoşbəxt hiss etmədiyi və 4 mərkəz hücumçusu ilə rəqabət mühitində klubunu dəyişmək istədiyi bildirilir.

Qeyd olunur ki, Vadjinin adı bu mövsüm ərəfəsində də "Kocaelispor"un transfer gündəmində olub.

Lakin həmin vaxt "Qarabağ" Norveçin "Högesunn" klubuna 600 000 avro ödəyərək, onu transfer edib. Afrikalı hücumçu ilə 2024-cü ilədək müqavilə bağlanılıb.

İbrahima Vadji 2016 - 2017-ci illərdə Türkiyədə "Qaziantep Büyükşehir"in formasını geyinib. O, cari mövsüm "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasında 9, UEFA Konfrans Liqasında 6 oyuna çıxıb və ümumilikdə 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!