"Qarabağ"a gəldi, Qurban Qurbanova hədiyyə verdi, uşaqlıq arzusu reallaşdı - VİDEO+FOTOLAR

19 Yanvar 2022 11:20 Qarabağ 1 432
"Qarabağ"a gəldi, Qurban Qurbanova hədiyyə verdi, uşaqlıq arzusu reallaşdı -  VİDEO+FOTOLAR

“Əngəl” tanımayan gənc yazar Samir İmanov "Qarabağ" klubunun azarkeşidir.

Sportinfo.az xəbər verir ki, bu barədə yazıçı İctimai TV-yə müsahibəsində məlumat verib.

Samir İmanov söhbət əsnasında ən böyük arzusunun “Qarabağ”ın futbolçuları ilə görüşmək olduğunu da dilə gətirib.

İctimai TV-nin dəstəyi ilə yazar "Qarabağ"ın bazasında qonaq olub və sevimli klubunun üzvləri ilə tanış olub.

Görüş zamanı Samir İmanov klubun baş məşqçisi Qurban Qurbanova yeni kitabını hədiyyə edib. Qurbanov isə ona arxasına yazarın adı qeyd olunmuş forma bağışlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”