UEFA bu videoxəbərə “Qarabağ”ın ağlayan müdafiəçisinin FOTOsunu qoydu

25 Oktyabr 2021 17:20 Qarabağ 1 020
UEFA bu videoxəbərə “Qarabağ”ın ağlayan müdafiəçisinin FOTOsunu qoydu

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda vurulan 4 qolu və həmin matçlarda qeydə alınan statistik göstəriciləri yayımlayıb.

Sportinfo.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Abbas Hüseynovun Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da bunların sırasında yer alıb.

Həmin videoxəbərə məhz 26 yaşlı müdafiəçinin fotosu qoyulub.

UEFA Ağdam təmsilçisinin qələbə sayəsində ardıcıl 16-cı matçda məğlub olmadığını və bunların 11-də qələbə qazandığını xatırladıb.

Qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Abbas Hüseynov 90+1-ci dəqiqədə qələbə qoluna imza atıb.

O, matçdan iki gün öncə dünyasını dəyişmiş nənəsinə görə göz yaşlarını saxlaya bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır