Qurban Qurbanov baxdı və qiymət verdi: “Tam hazır deyil, xeyli vaxt lazım olacaq”

20 Oktyabr 2021 20:40 Qarabağ 1 755
Qurban Qurbanov baxdı və qiymət verdi: “Tam hazır deyil, xeyli vaxt lazım olacaq”

"Meydançanın durumu pis deyil, amma tam formalaşmayıb və ot tam olaraq torpağa bərkiməyib”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.

O, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumu haqqında danışıb:

“Bəzi yerlərdə problemlər var idi. Buna baxmayaraq ümimi gedişat mənim üçün yaxşıdır. Ot örtüyünü bu səviyyəyə gətirib çıxartmaq yaxşıdır.

Lakin meydança tam hazır deyil. Bu oyundan sonra meydanı bərpa etmək üçün xeyli vaxt lazım olacaq. Bu gün məşqimizi burada keçirsəydik, meydan daha çox yüklənəcəkdi".

"Qarabağ" sabah Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan "Kayrat"ı ilə qarşılaşacaq. Oyun saat 20:45-də başlanacaq.

Respublika stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Mərkəzi arena 30 min fanat qəbul edə bildiyindən, matç üçün 15500 bilet satışa çıxarılıb.

Digər Xəbərlər
Xəbər Lenti