Tahir Gözəl Qurban Qurbanovla görüşdü

11 Avqust 2021 18:10 Qarabağ 878
Tahir Gözəl Qurban Qurbanovla görüşdü

"Qarabağ"ın prezidenti Tahir Gözəl Konfrans Liqasının 3-cü təsnifat mərhələsində AEL-lə cavab matçı öncəsi komandanın baş məşqçisi Qurban Qurbanov və klubun idarəçiləri ilə görüşüb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, görüşdə “Qarabağ”ın son avrokubok qarşılaşmaları ilə bağlı müzakirələr aparılıb.

Bundan başqa, Tahir Gözələ yeni transferlər haqda ətraflı məlumat verilib. O da öz növbəsində yeni gələn futbolçuların tezliklə komandaya uyğunlaşacağına ümid etdiyini və komandanın gücünə güc qatacaqlarına inandığını deyib.

Tahir Gözəl “Qarabağ”ın uğurlarında pay sahibi olmuş Riçard Almeydanın qayıdışından məmnun olduğunu söyləyib və davam edən transfer çalışmaları ilə bağlı hesabatı dinləyib.

Tahir Gözəl sabah AEL-ə qarşı cavab oyununda başda Qurban Qurbanov olmaqla komandaya uğurlar arzulayıb. O, həmçinin bildirib ki, belə görüşlərin bundan sonra çox olması və gələcək üçün strategiya ilə bağlı mütəmadi müzakirələr aparılması çox vacibdir.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - AEL matçı saat 20:00-da başlayacaq.

Komandalar arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!