“Azərbaycan millsinə Bakıda uduzmaq olmaz”

17 İyul 23:20 Milli komanda 208
“Azərbaycan millsinə Bakıda uduzmaq olmaz”

Ukrayna millisinin DÇ-2026-nın seçmə mərhələsi ilə bağlı hədəfləri müəyyənləşib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Sergey Rebrovun komandası qrupda ən pis halda ikinci yeri tutmaq niyyətindədir.

Ukraynalılar bunun üçün turnirə uğurlu start götürmək istəyirlər. Belə ki, komanda sentyabrdakı ilk iki turda əvvəlcə Polşada Fransanı qəbul edəcək, ardından isə Bakıda Azərbaycan millisinin qonağı olacaq.

Rebrov qrupun açılış matçında ən pis halda heç-heçə arzulayır. Matçın neytral meydanda keçirilməsi onların işini çətinləşdirir.

Ancaq fransızlarla birincilik uğrunda mübarizə aparmaq üçün Bakıdan 3 xalla dönmək Ukrayna yığması üçün prioritetdir.

Bildirilib ki, millimiz önündə büdrəmək rəqibimizin hətta ikincilik şansını da riskə atmış olar.

Sentyabrın 5-də Vrotslavda Fransanı qəbul edəcək Ukrayna millisi dörd gün sonra Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!