
Çempionlar Liqasında qrup mərhələsindək irəliləmək iddiasında olan «Qarabağ» transfer bazarında boş dayanmır.
Azərbaycan çempionunun hədəfində olan növbəti futbolçunun kimliyi artıq bizə məlumdur.
Ağdam klubu Samsondin Ouronu maraq dairəsinə alıb.
25 yaşlı yarımmüdafiəçi Toqo yığmasının üzvüdür. O, eyni zamanda Almaniya vətəndaşlığına sahibdir.
Futbolda ilk addımlarını bu ölkədə atıb, «SSV Reutlingen»in akademiyasında yetişib. 2019-2020-ci illəri Zaqreb «Dinamo»sunda keçirib.
2021-ci illərdə Sloveniyaya yollanıb, 2 mövsüm «Mura»nın uğurları üçün tər töküb. Daha sonra icarə əsasında « Radomlje»də çıxış edib.
2023-cü ildə Səudiyyə Ərəbistanından təklif alıb, «Al-Adalah» ilə müqavilə imzalayıb.
2024-cü ilin ikinci yarısında isə Macarıstana üz tutub, «Qyor»la anlaşıb. Həmin vaxtdan bəri bu klubda 25 oyna çıxıb və 4 qol vurub.
«Qarabağ» iyundan bəri 3 transfer edib. Hamısı da Portuqaliyanın II Liqasından.
Dani Bolt (Torreense"), Pedro Bikalyo ("Alverka") və Kris Kuaku ("Mafra") artıq düşərgədədir.
SPORTİNFO.AZ