250 milyon avro ödəməyə hazırdır - İngilisin transferi üçün

18 İyul 00:10 Fransa 675
250 milyon avro ödəməyə hazırdır - İngilisin transferi üçün

İngiltərə millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer PSJ-yə keçə bilər.

Sportinfo.az bu barədə “Fichajes” nəşrinə istinadən xəbər verir.

Mənbə yazır ki, 23 yaşlı ingilisin transferi üçün Paris klubunun rəhbərliyi 250 milyon avro ödəməyə hazırdır.

Məlumata görə, ingilis futbolçu klublararası dünya çempionatının finalındakı çıxışı ilə PSJ-nin diqqətini çəkib. Belə ki, yarımmüdafiəçi fransa təmsilçisinin qapısından iki qol keçirib və 1 qolun ötürməsini edib.

Palmer 2023-cü ildə 47 milyon avroya “Mançester Siti”dən “Çelsi”yə keçib və 2033-cü ilin iyun ayına qədər müqavilə imzalayıb.

Hazırda futbol tarixində ən bahalı transfer yenə PSJ-yə məxsusdur. Belə ki, 2017-ci ildə Paris klubu braziliyalı Neymarın “Barselona”dan transferi üçün 222 milyon avro ödəmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu