Azərbaycanlı idmançı bu sözə görə Rusiya vətəndaşlığından çıxarıldı

18 İyul 2025 03:10 Bizimkilər 728
Azərbaycanlı idmançı bu sözə görə Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib.

Sportinfo.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Onun rusiyalıların ünvanına guya təhqiramiz ifadələr işlətməsindən sonra Rusiya pasportundan məhrum edildiyi bildirilir.

Məlumata görə, o, ötən ilin iyulunda Moskvada keçirilən turnirdə rusiyalı idmançını məğlub edib. Bundan sonra Rzayev digər idmançı Artur Kulinski ilə mübahisə edərək onu “rus donuzu” adlandırıb.

Daha sonra o, Kulinskidən üzr istəyib və bununla rus xalqını təhqir etmək istəmədiyini də bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu