Nərimanın qolu “Qarabağ”ı “Zalsburq”a məğlubiyyətdən xilas etmədi - VİDEO

15 İyul 22:20 Qarabağ 249
Nərimanın qolu “Qarabağ”ı “Zalsburq”a məğlubiyyətdən xilas etmədi - VİDEO

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün son yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşıb.

Görüşdə "Zalsburq" 2:1 hesabı ilə qalib gəlib. "Qarabağ"ın yeganə qolunu Nəriman Axundzadə vurub.

Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın "Metallist 1925" (Xarkov) klubuna uduzub - 4:5.

Daha sonra "Tvente" ilə keçirdikləri iki oyunun birində 3:2 hesablı qələbə qazanıblar, digərində 1:2 hesablı məğlubiyyətlə üzləşiblər. "Qarabağ" Bakıdakı yoxlama matçında isə "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!