
“Qarabağ” mənə nə verdi? Mən bunları bir-bir sadalaya bilmərəm“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ“ın sabiq legioneri Patrik Andrade deyib.
Ağdam klubundan ayrılandan sonra “Araz-Naxçıvan“la müqavilə imzalayan kabo-verdeli yarımmüdafiəçi “Qarabağ“karyeranda hansı yeri tutur“ sualına cavabında bunları söyləyib:
“Bir onu bilərəm ki, həcmini deyə bilməyəcəyim qədər çox şey verdi. “Qarabağ”da insan kimi böyüdüm, futbolçu kimi böyük təcrübə qazandım.
Nəvaxtsa “Qarabağ”ın bir parçası olduğum üçün xoşbəxtəm. Bundan sonra harada olmağıma baxmayaraq, “Qarabağ”ı izləməkdə və azarkeşlik etməkdə davam edəcəm“.
2020-2022-ci illərdə "Qarabağ"da çıxış edən 32 yaşlı afrikalı 2023-cü ilin yayında yenidən bura qayıtmışdı. O, başa çatan mövsümdə 39 oyuna 3 qol vurub, 2 qol ötürməsi edib.