“Qarabağ”ın idarəçisindən alınması gözlənilən futbolçularla bağlı VACİB AÇIQLAMA!

15 İyul 19:40 Qarabağ 1 132
“Qarabağ”ın idarəçisindən alınması gözlənilən futbolçularla bağlı VACİB AÇIQLAMA!

«Qarabağ» bu yay daha bir neçə transfer edəcək.

Bu barədə Sportinfo.az-a klubun İdarə Heyətinin üzvü Asif Əsgərov bildirib.

Təcrübəli funksioner yeni oynçuların alınması istiqamətində gərgin iş qrafiki şəraitində çalışdıqlarını söyləyib:

«Mən bu gün dəqiq say deyə bilmərəm. Hər halda əlimizdən gələni edirik.

Əslində, transfer işləri sizə asan gəlməsin. Bu, kompleks yanaşma tələb edən sahədir.

Futbolçunun özü, klubu, meneceri, ailəsi… Bunların hər biri razılaşdırılması vacib prosesdir.

Üstəlik, maraq dairəmizdə olan futbolçunun bizim klubun büdcəsinə uyğun gəlib-gəlməməsi mühüm məsələdir.

Bəzən bəziləri deyir ki, «Qarabağ» transferlərə böyük pullar ayırmır. Amma nəzərə almırlar ki, «Qarabağ» boşda olanları bura gətirmir.

Kimləri istəyiriksə, hamısının öz klubuyla müqaviləsi olur. Bir çox hallarda klubları onları buraxmaq istəmir.

Bu problem həmişə olub, indi də var. Ancaq biz də mövcud imkanlar daxilində hədəfimizə çatmaq istəyirik».

«Qarabağ» iyundan bəri 3 transfer edib. Hamısı da Portuqaliyanın II Liqasından.

Dani Bolt (Torreense"), Pedro Bikalyo ("Alverka") və Kris Kuaku ("Mafra") artıq düşərgədədir.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!