“Qarabağ” – “Sumqayıt”: İyunun 30-da, saat 18:30-da

22 İyun 2021 14:40 Qarabağ 493
“Qarabağ” – “Sumqayıt”: İyunun 30-da, saat 18:30-da

2021/2022 mövsümündə Konfrans Liqasında iştirak edəcək "Qarabağ" və "Sumqayıt"ın öz aralarındakı yoxlama oyununun başlama saatı müəyyənləşib.

Sportinfo.az "Sumqayıt"ın rəsmi "feysbuk" səhifəsinə istinadən xəbər verir ki, iyunun 30-u "Azərsun Arena"da keçiriləcək matça saat 18:30-da start veriləcək.

"Qarabağ" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod"la (İsrail), "Sumqayıt" isə "Çukariçki" (Serbiya) ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti