Sabah “Qarabağ”dan ayrılır… Gündəmə bomba kimi düşən təklif!

6 Sentyabr 2023 14:00 Qarabağ 5 540
Sabah “Qarabağ”dan ayrılır… Gündəmə bomba kimi düşən təklif!

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı karyerasını Türkiyədə davam etdirəcək.

“Adana Dəmirspor” Dağıstan kökənli kiperə rəsmi dəvət göndərib.

Superliqa təmsilçisi son vaxtlar Azərbaycanda azarkeşlər tərəfindən ciddi tənqidlərə məruz qalan 29 yaşlı «əlcək sahibi»nə 2+1 illik müqavilə təklif edjb.

Türkiyə Futbol Federasiyası bu mövsümdən türkdilli ölkələrdən olan futbolçuların çempionatda yerli statusla çıxış eləməsinə icazə verdiyindən, «Şah» legioner sayılmayacaq.

2016-cı ildən “Qarabağ”ın formasını geyinən Məhəmmədəliyev artıq sabah qardaş ölkəyə yollanacaq.

O, orada klub rəhbərliyi ilə görüşəcək, müqavilə şərtlərini yerində müzakirə edəcək, bazaya baş çəkəcək, şəraitlə tanış olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti