450 min avroluq legioner “Qarabağ”ın maraq dairəsindədir?

14:25 Qarabağ 2 355
450 min avroluq legioner “Qarabağ”ın maraq dairəsindədir?

"Qarabağ" heyətini əcnəbi futbolçuyla gücləndirə bilər.

Sportinfo.az "AfricaFoot"a istinadla xəbər verir ki, Ağdam təmsilçisi Abubakar Konteni transfer etmək niyyətindədi.

"Köhlən atlar "Dila"nın (Qori, Gürcüstan) formasının geyən malili yarımmüdafiəçinin keçidini təmin etmək üçün ilkin addımlar atıb.

İş ondadır ki, onunla "Araz-Naxçıvan" və "Tromsö" (Norveç) da maraqlanır.

Adıçəkilən nəşrin iddiasına görə, futbolçu məhz Azərbaycandan gələn təkliflərdən birini dəyərləndirmək istəyir.

"Transfermarkt"a görə, Kontenin bazar dəyəri 450 min avrodur.

Ağdamlılar yay "transfer pəncərəsi" çərçivəsində Dani Bolt və Pedro Bikalyonu transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ