“Qarabağ”dan kənarda qalan kimdir?

5 İyul 23:00 Qarabağ 782
“Qarabağ”dan kənarda qalan kimdir?

Çempionlar Liqasına hazırlaşan “Qarabağ” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yola düşüb.

Avropa ölkəsinə səfər edənlərin arasında Aleksey İsayev yer almayıb.

Buna səbəb Azərbaycan millisinin də şərəfini qoruyan yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.

Əməliyyat olunduğuna görə qoltuq ağaclarına ehtiyac duyan İsayev Bakıdakı ilkin hazırlıq mərhələsində də iştirak etməmişdi.

O, hazırda Rusiyadadır. “Qarabağ”ın həkimlərinin tərtib etdiyi proqram əsasında bərpa məşqləri edir.

Bir müddət öncə Alekseyin “köhlən atlar”ı tərk edəcəyi barədə xəbərlər yayılmışdı. Buna səbəb kimi futbolçunun Qurban Qurbanovun növbəti mövsüm üçün planlarına daxil olmadığı bildirilirdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda