İllər ötür, o, hələ də "Qarabağ”ın xiffəti ilə yaşayır... FOTO

00:40 Qarabağ 180
İllər ötür, o, hələ də "Qarabağ”ın xiffəti ilə yaşayır... FOTO

“Qarabağ”ın sabiq müdafiəçisi Yakub Jezniçak Ağdam klubundakı çıxışından yazıb.

Sportinfo.az xəbər verir ki, polyak sosial şəbəkə hesabında Azərbaycan klubundakı vaxtlarını bu cür xatırlayıb:

"Düz 8 il əvvəl "Qarabağ” ilə müqavilə bağladım.

Həqiqətən də gözəl iki il oldu! İnkişaf və Çempionlar Liqasında, daha sonra isə Avropa Liqasında iştirak! İki Azərbaycan çempionatı və bir ölkə kuboku!

Amma bilirsiz mən ən çox nəyi xatırlayıram?

İnsanları! İstər futbolda, istərsə də şəxsi həyatımda orada tanış olduğum insanları çox sevdim. Onların bir çoxu ilə indi də əlaqə saxlayıram.

Təşəkkürlər, Bakı və “Qarabağ”! Qəlbimdə həmişə xüsusi yer tutacaqsan!"

Digər Xəbərlər
Xəbər Lenti