“Qarabağ”ı pula dəyişdi, seçim qarşısında qaldı - Səudiyyə Ərəbistanı, Tunis və Çin

10:40 Qarabağ 636
“Qarabağ”ı pula dəyişdi, seçim qarşısında qaldı - Səudiyyə Ərəbistanı, Tunis və Çin

Bu yay ”Qarabağ”la müqavilə müddəti başa çatdığı üçün klubla yolları ayıran Yassin Benziaya təzə müştəri çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunda iki mövsüm uğurlu oyunlarından sonra Əlcəzair millisinin üzvü bir çox əcnəbi klubun maraq dairəsindədir.

“Africafoot” saytının yaydığı məlumata görə, Çin Superliqasının autsayderi olan “Changchun Yatai” da Benzianı transfer etmək istəyir.

Bundan başqa, hazırda azad agent olan Benzia bir Səudiyyə Ərəbistanı klubunun və Tunisin “Espérance de” komandasının da Tunisin maraq dairəsindədir.

Lakin sayt yazır ki, Çin klubunun təklifi, daha əlverişli maliyyə şərtləri və meydanda liderlik vədi sayəsində üstünlük qazana bilər.

Benzianın yekunda maddi baxımdan ona daha yaxşı təklif edən klubu seçəcəyi gözlənilir. 30 yaşlı futbolçu "Qarabağ"la sərf maliyyə məsələlərində razılığa gələ bilmədiyi üçün klubdan ayrılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti