Mxitaryanın bacısı susdu, özü də cəzalandırıla bilər

12 Noyabr 2020 14:00 Qalmaqal 1 213
Mxitaryanın bacısı susdu, özü də cəzalandırıla bilər

“Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovun “feysbuk” sosial şəbəkəsində ermənilərlə bağlı yazdığı statusa görə UEFA tərəfindən cəzalandırıldığından xəbərdarsız.

Sportinfo.az xəbər verir ki, xain xislətli ermənilərin müraciətindən sonra qitə futbol qurumunun Nəzarət, Etika və İntizam Orqanı ayrı-seçkilik xarakterli sözlərə görə “Qarabağ”ın mətbuat xidmətinin rəhbərinin futbolla bağlı fəaliyyətinə müvəqqəti qadağa qoyub.

Yeri gəlmişkən, Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün hüquq-mühafizə orqanları tərəfindən mətbuat katibinə qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edilib. Bizdə olan bilgiyə görə, mətbuat katibi 500 manat cərimələnib.

UEFA-nın Nurlan bəyi cəzlandırmasını, futbol fəaliyyətinə müvəqqəti qadağa qoymasını başa düşdük. Ola bilsin, İbrahimov həmin statusu yazarkən hissə qapılıb, Avroliqada çıxış edən klubun funksioneri olduğunu unudub.

Bundan da ermənilər istifadə ediblər. Əslində hamı bilir ki, Nurlan bəy Gəncə və Bərdədə mülki əhaliyə, xüsusilə də uşaqlara qarşı həyata keçirilən terrora qarşı üsyan edib, əli körpə qanına batmış ermənilərə öz dillərində cavab verməyin vacibliyini deyib.

Yeri gəlmişkən, həmin günlərdə yüzminlərlə azərbaycanlı onun statusuna oxşar, hətta daha odlu-alovlu statuslar paylaşmışdı. Lakin erməni ani diqqətsizlikdən istifadə etməsəydi, erməni olmazdı.

Çirkin niyyətlərinə çatmaq üçün hətta arvadlarını belə onun-bunun evinə yollayan mənfur xalq Nurlanın vəzifəsini və çalışdığı klubu nəzərə alaraq, onu cəzalandırmağa nail oldu.

Bu yerdə ortaya suallar çıxır. Nəyə görə İbrahimovu bir müddət futboldan uzaq qoyan ali futbol qurumu ikili standarta yol verir?

Demək olar ki, hər gün müxtəlif sosial şəbəkələrdə dünya biriliyi tərəfindən tanınmayan separatçı rejimi dəstəkləyən siyasi şüarlar paylaşan, terrorçuları müdafiə edən Henrix Mxitaryan cəzasız qalır?

Niyə özünü “sülh göyərçini” kimi təqdim edən UEFA funksionerləri bacısı qurumda çalışan erməni futbolçuya “gözün üstə qaşın var” demirlər?

Bu məsələdə AFFA-nı da qınamaq lazımdı. Nurlanın statusunu ictimailəşdirən, bununla bağlı qitə futbol qurumuna müraciət edən məhz Ermənistan Futbol Federasiyası olmuşdu.

Dığalar ölkəsinin futbol təsərrüfatına rəhbərlik edənlər bu addımı atıb istədiklərinə nail ola bilirlərsə, niyə ali futbol qurumunda Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinə rəhbərlik edən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov nüfuzundan və statusundan istifadə edib ermənilərə cavab vermir, Mxitaryanın cəzalanmasına nail olmur? Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etdik (Futbol+).

Bizi dinləyən Firuz bəy çox keçmədən Elxan bəyin adından bunları qeyd etməyimizi istədi: “Tək Henrix Mxitaryanla bağlı yox, sentyabrın 27-dən bəri futbol sahəsində müharibə və qondarma respublikanın təbliğatı ilə bağlı ortaya çıxan bütün məsələlərlə əlaqədar AFFA tərəfindən FİFA və UEFA-ya, eləcə də müvafiq müxtəlif milli assosiasiyalara artıq 17 şikayət məktubu ünvanlanıb.

Bundan əlavə, AFFA bu istiqamətdəki fəaliyyətini təkcə futbol sahəsi ilə məhdudlaşdırmayıb. Henrix Mxitaryan YUNİSEF-in səfiri olduğu üçün və bəzi paylaşımlarda özünü qurumun səfiri kimi təqdim etdiyindən adını çəkdiyimiz quruma da şikayət ünvanlanıb.

YUNİSEF-in səfiri kimi əslində o səlahiyyət sahibi deyil ki, hansısa tanınmamış respublikanın təbliğatını aparsın, separatçı rejimi dəstəkləsin. Ümid edirik ki, müraciət etdiyimiz beynəlxalq təşkilatlar, milli assosiasiyalar qeyd olunan məsələlərlə bağlı ədalətli mövqe nümayiş etdirəcəklər.

Mxitaryanla bağlı FİFA, UEFA və YUNİSEF ilə yanaşı, İtaliya Futbol Federasiyasına da müraciət olunub. Qarşı tərəf AFFA-nın müraciətinə ilkin cavab verib və proses qarşılıqlı məlumatlandırma səviyyəsindədi.

Bununla bağlı məktublar göndərilir və alınır. Onu da xatırladaq ki, indiyədək Slovakiya Futbol Federasiyası analoji insidentlə bağlı erməni futbolçuya rəsmi qaydada xəbərdarlıq edib.

Monteneqro Futbol Federasiyası bəyanat yayıb ki, onların Ermənistanda oynayan futbolçusunun paylaşdığı fikirlər heç bir halda federasiyanın mövqeyini əks etdirmir. Başqa milli federasiyaların da belə mövqe nümayiş etdirəcəyini gözləyirik.

Bundan başqa, Henrixin bacısı, UEFA-da çalışan Monika Mxitaryanın “tvitter”də qonadarma respublikanın guya Ermənistan ərzisi olduğu ilə bağlı paylaşımları var idi.

Məhz qitə futbol qurumuna şikayətimizdən sonra o həmin paylaşımları sildi. Bu o deməkdi ki, UEFA müraciətimizlə bağlı ədalətli mövqe nümayiş etdirdi və əməkdaşını fakt qarşısında qoydu ki, paylaşımlar sosial şəbəkələrdən silinməlidi.

Bu günə kimi AFFA belə məsələlərə həssas yanaşıb və bundan sonra da ortaya çıxacaq hansısa arzuolunmaz olaylara operativ və adekvat münasibət bildiriləcək. Lazımi beynəlxalq təşkilatlara və federasiyalara müraciətlər ünvanlanacaq”.

Digər Xəbərlər
Xəbər Lenti