Azərbaycanlı idmançı məşhurlarla karantini pozdu - VİDEO

11 May 2020 11:34 Qalmaqal 581
Azərbaycanlı idmançı məşhurlarla karantini pozdu - VİDEO

Azərbaycanın tanınmış müğənnilərindən olan Manaf Ağayev ölkədə tətbiq olunan xüsusi karantin rejimini pozub.

Sportinfo.az xəbər verir ki, buna ifaçının öz dostlarına şəxsi evində iftar verməsi səbəb olub.

Belə ki, iftar süfrəsində azı 12 nəfər iştirak edib ki, bu da Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən açıqlanan karantin qaydalarına ziddir.

Manaf Ağayevin iftara dəvət etdiyi şəxslər arasında müğənni Teymur Əmrah, Vasif Məhərrəmli ilə yanaşı, kikboksçu Eduard Məmmədov kimi tanınmışlar da var. Onların karantin rejimini bu şəkildə pozması sosial mediada birmənalı qarşılanmayıb.

Son günlərdə ölkədə koronavirus infeksiyasına yoluxmada artım müşahidə edilir. Bu səbəbdən rəsmi qurumlar vətəndaşlara çağırış edərək həm sosial məsafə saxlamağı, həm də cəm halda bir yerə toplaşmamağı tələb edir..

Digər Xəbərlər
Xəbər Lenti