"Avropa çempionatında medal kolleksiyamı tamamladım"

15 Fevral 08:20 Güləş 8 417
"Avropa çempionatında medal kolleksiyamı tamamladım"

Yunan-Roma güləşi üzrə Avropa çempionu Murad Məmmədovun Azərbaycan Güləş Federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, yarışdan üzüağ çıxdığı üçün sevincli olduğunu deyib:

"Bildiyiniz kimi, yanvarda Xorvatiyada keçirilən yarışda qolumdan zədələnmişdim. Zədə o qədər ciddi idi ki, həkimlər əməliyyat olunmağımı məsləhət bilirdi.

Belədə 5-6 ay güləşə bilməyəcəkdim. Ona görə də buna razılaşmadım. Elektromaqnitlə bərpa prosesi keçməklə ağrıları azaltdım.

Avropa çempionatına qatıldım. Şükürlər olsun ki, buradan da üzüağ çıxdım. 4 görüş keçirdim.

Yarımfinalda Rusiya və finalda Ukrayna güləşçiləriylə qarşılaşmalar çətin keçdi. İlk dəfə Avropa çempionu oldum.

Buna qədər bu yarışda gümüş və bürünc medal qazanmışdım. Bu nəticəylə Avropa çempionatında medal kolleksiyamı tamamladım".

Digər Xəbərlər
Xəbər Lenti