Tanınmış azərbaycanlı futbolçunun vəhşicəsinə döyüldüyü hadisənin ANBAAN VİDEOsu

30 Noyabr 2023 00:30 Qalmaqal 2 115
Tanınmış azərbaycanlı futbolçunun vəhşicəsinə döyüldüyü hadisənin ANBAAN VİDEOsu

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Tailand “Buriram Yunayted”inin Asiya Çempionlar Liqasındakı matçından sonra dava düşüb.

Sportinfo.az xəbər verir ki, Çinin “Çjetsyan” komandası ilə qarşılaşmanın ardından futbolçular arasında qarşıdurma olub.

Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib. Nəticədə o, qonaqların ən çox döyülən futbolçularından biri olub.

Buna onun rəqib komandanın üzvlərindən birinin boynundan tutaraq sıxması səbəb olub.

Görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Buriram Yunayted” bu məğlubiyyətin ardından 6 xalla qrup üçüncüsüdür.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”