"Kişidirsə, mənimlə qabaq-qabağa gəlsin" – YENİ QALMAQAL!

31 Yanvar 2023 17:00 Qalmaqal 1 215
"Kişidirsə, mənimlə qabaq-qabağa gəlsin" – YENİ QALMAQAL!

"Kəpəz"də sular durulmaq bilmir ki, bilmir.

Qərb təmsilçisindən gündən bir qalmaqal xəbəri mütləq gəlməlidir.

Bu dəfə azarkeşlə klub rəsmisi arasında sosial şəbəkə üzərindən söz atışması yaşanıb.

Belə ki, ilk öncə Kərim adlı fanat öz hesabından paylaşdığı postda ağır ittiham səsləndirib.

O, komandanın mühafizə xidmətinin rəisi Elmar Əliyevi maaş aldığı kluba xəyanətdə günahlandırıb:

"Bu şəxs "Kəpəz"in qələbəsin istəmir. Hansı ki, ayda 1500 manat klubdan pul alır. Görəsən, niyə? Bəlkə, "Kəpəz" azarkeşi bu suala cavab bilər?".

Əliyevin ona cavabı isə çox keçmədən gəlib:

"Kəpəz" azarkeşlərinə salam olsun. "Kəpəz Ultras" və "Xəmsə" azarkeşləri ən pis gündə komandanın yanında olub.

Kim olur olsun, siz komandamızın inkişafı üçün çalışırsız. Yoxsa bəzi Kərim kimi tülkülər. Mış kimi qaçıb gizlənir. Kişidirsə mənimlə qabaq-qabağa gəlsin.

Belələri azarkeş yox, kiminsə fanatıdır. Ayda 50 manat verib deyirlər belə elə.

Mənim "Kəpəz"ə etdiyimin 1 faizin sən də et, deyim ki, nəsə etdin. Kərim sən nə zibilsən. Səni kim dəstəkləyir onun da başına oyun açacam. Hər şey bəllidir".

Görünür, klub ətrafında müxtəlif cəbhələrin mübarizəsi davam edir.

Premyer Liqanın ən qızğın dönəmində kimlərsə klub ətrafında birləşmək əvəzinə öz mənafeyləri uğrunda mübarizəyə daha çox zaman ayrırmağı üstün tuturlar.

Deməli, bu xəmir hələ çox su aparacaq. İtirən isə həmişə kimi Gəncə klubu və futboludur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti