
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandası Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz Şimali İrlandiya ilə üz-üzə gəlib.
Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunan görüş Şimali İrlandiya millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
U-19 növbəti oyununu fevralın 21-də meydan sahibi Albaniya seçməsinə qarşı keçirəcək.
Şimali İrlandiya (U-19 Qadınlar) - Azərbaycan (U-19 Qadınlar) 4:0
Baş hakim: Roxana Recorean (Rumıniya)
House of Football Natural Pitch stadionu