Ardıcıl 5 məğlubiyyət alan milimizin günü: "Bu, heç də yaxşı hal deyil"

26 Noyabr 2021 01:10 Qadın futbolu 211
Ardıcıl 5 məğlubiyyət alan milimizin günü: "Bu, heç də yaxşı hal deyil"

"Ardıcıl beş oyundur məğlub oluruq. Bu, heç də yaxşı hal deyil.

Bu cür məğlubiyyətlər psixoloji cəhətdən futbolçulara mənfi təsir edir".

Sportinfo.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Siyasət Əsgərov deyib.

DÇ-2023-ün seçmə mərhələsinin 5-ci oyununda Rusiya ilə qarşılaşan yığmamız rəqibinə 0:4 hesabı ilə uduzub. Əsgərovun sözlərinə görə, onlar meydana ruslardan xal almaq üçün çıxıb:

"Doğma meydanda keçirdiyimiz oyunda xal qazanıb “qara zolaq”dan çıxmaq istəyirdik. Bu cür komandalarla, rəqiblərlə oyunda minimum səhvlə oynamaq lazımdır.

Oyunda buraxdığımız səhvlərdən qollar buraxdıq. Artıq Rusiya ilə oyunu unudub Monteneqro ilə qarşılaşmaya diqqət ayırmalıyıq. Məqsədimiz xal və ya xallar qazanmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 00:10 11 günlük baş məşqçi