Azərbaycan millisinə 6 qol vurdular - AÇ-2022

28 Sentyabr 2021 00:42 Qadın futbolu 792
Azərbaycan millisinə 6 qol vurdular - AÇ-2022

17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası bu gün AÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komandamız Monteneqro yığması ilə qarşılaşıb.

Azərbaycan futbolçuları bu görüşdə böyük hesabla məğlub olub. Albaniyanın Elbasan şəhərində gerçəkləşən görüş rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycanın heyətində yeganə qolu 71-ci dəqiqədə penaltidən Aydan Həsənova vurub. Monteneqro yığmasında isə İvana Boriçiç (3), Tatyana Osmayiç (2) və Tanya Malesiya fərqlənib.

Daha öncə qrup oyunlarına ev sahibliyi edən Albaniyaya da 8:1 hesabıyla qalib gəlmiş Monteneqro birinci pilləni təmin edib.

Komandamız digər matçını sentyabrın 30-da meydan sahibi Albaniyaya qarşı keçirəcək.

27 sentyabr

Monteneqro - Azərbaycan 6:1

Qollar: İvana Boriçiç, 20; 51; 54. Tatyana Osmayiç, 38; 85. Tanya Malesiya, 80 – Aydan Həsənova, 71-pen.

Hakimlər: Aynara Andrea, Rita Kabanero (hər ikisi İspaniya), Yekaterina Çernova, Marina Krupskaya (Rusiya).

Monteneqro: 12. Ayşa Kalaç (1. Yovana Zuqiç, 73), 2. Andela Qoluboviç (4. Saniya Paçariz, 73), 3. Anastasiya Buliç, 5. Tanya Malesiya, 6. Andrea Vukadinoviç, 7. Katarina Çadenoviç, 8. Anastasiya Rakoçeviç, 9. Lidiya Staniç (19. Mia Baturan, 73), 10. İvana Boriçiç (k), 11. Tatyana Osmayiç (16. Mia Vukçeviç, 90+4), 14. Ana Krivokapiç (20. Nela Koliç, 90+4).

Ehtiyat oyunçular: 13. Larisa Durkoviç, 15. Boyana Tomaşeviç, 17. Vlada Miloviç, 18. Leyla Bambur.

Baş məşqçi: Mirko Mariç.

Azərbaycan: 12. Məryəm İsayeva (1. Rabiyə Mustafazadə, 54), 2. Müjgan Seyidova, 3. Aydan Həsənova, 4. Lalə Abbaszadə, 5. Fatimeyi-Zəhra Hüseynli (k), 6. Aytac Mirzəyeva, 7. Şəkər Piriyeva, 8. Şeyma Nur Gençay (11. Lamiyə Adimova, 56), 13. Sumeyra Kəsməz, 15. Gülbahar Yıldız (9. Günay Azayeva, 78), 17. İntizar Haqverdiyeva (20. Nisanur Sağlam, 78).

Ehtiyat oyunçular: 10. Əsmayə Hacıyeva, 14. Röya Əliyeva, 16. Səma Həsənli, 18. Fatimə Məhərrəmli, 19. Mələk Hacıyeva.

Baş məşqçi: Zamir Həsənov.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?