Ermənilər bu dəfə Füzuli və Goranboyu raket atəşinə tutdu - FOTOLAR

10 Oktyabr 2020 19:05 Problem 685
Ermənilər bu dəfə Füzuli və Goranboyu raket atəşinə tutdu - FOTOLAR

Ermənistan ordusunun Azərbaycana qarşı raket hücumu davam edir. Düşmən bu dəfə Füzuli və Goranboy rayonlarının kəndlərini hədəf alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.

H.Hacıyev atılan raketlərin fotolarını paylaşaraq bildirib ki, onlar Füzulidə əkin sahəsinə düşüb. Düşmən Goranboya qarşı da eyni təxribatı törədib.

Raketlərin atıldığı ərazilər Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən mühasirəyə alınıb.







Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti