"Bu qarşılaşmada favorit olduğumuzu düşünmürəm"

9 Oktyabr 2020 15:04 Problem 802
"Bu qarşılaşmada favorit olduğumuzu düşünmürəm"

"Oyunda futbolçularımdan istədiyimin daha çoxunu gördüm. 2 qol buraxmağımıza və uduzmağımıza baxmayaraq, yaxşı komandaya qarşı inamlı mübarizə apardıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Kipr millisinin baş məşqçisi Yohan Valem Çexiya ilə yoldaşlıq oyunu (1:2) haqda deyib.

Komandasının oyun baxımından inkişafda olduğunu söyləyən belçikalı mütəxəssis Millətlər Liqasının qrup mərhələsinin III turunun Lüksemburqla matçına da toxunub:

"İstənilən çətinliyin öhdəsindən gəlməyə hazırıq. Lüksemburqla görüşdə mütləq fərqli komanda görəcəksiniz. Qısa vaxt kəsiyində 3 vacib oyunumuz var. Vaxtdan düzgün istifadə etməliyik.

Bu qarşılaşmada favorit olduğumuzu düşünmürəm. Amma qrupdakı vəziyyətimizi yaxşılaşdırmaq üçün xal və ya xallar qazanmağa çalışacağıq".

Kipr millisi oktyabrın 10-da səfərdə Lüksemburqla, 3 gün sonra isə Albaniyada Azərbaycanla qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti