2 futbolçu yığmanın iştirak ərizəsindən çıxarıldı

9 Oktyabr 2020 12:16 Problem 782
2 futbolçu yığmanın iştirak ərizəsindən çıxarıldı

Millətlər Liqasının qrup mərhələsində Lüksemburq və Azərbaycan ilə qarşılaşacaq Kipr yığmasının heyətində dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Yohan Valem 2 futbolçunu iştirak ərizəsindən çıxarıb.

Bunlar AEL-in müdafiəçisi Haris Kiriaku və “Olimpiakos”un yarımmüdafiəçisi Yannis Kostisdir. Adıçəkilən futbolçular qarşıdakı iki matçda iştirak edə bilməyəcək. Kiprlilər oyunların hazırlığını 24 futbolçu ilə davam etdirir.

Oktyabrın 10-da Lüksemburqun qonağı olacaq Kipr yığması üç gün sonra Albaniyada Azərbaycan millisi ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti