Onu qoruyurlar - Azərbaycana görə meydana buraxılmayacaq

7 Oktyabr 2020 18:34 Problem 953
Onu qoruyurlar - Azərbaycana görə meydana buraxılmayacaq

Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Kipr yığması bu gün Çexiya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Yohan Valem heyətdə yer alan bir futbolçunu bugünkü qarşılaşmada meydana buraxmayacağını açıqlayıb.

Bu, yarımmüdafiəçi Marinos Tzionisdir. 19 yaşlı hücumameyilli oyunçunun kənarda qalmasının səbəbi Millətlər Liqasında Lüksemburq və Azərbaycanla keçiriləcək görüşlərdir. Çalışdırıcı “Omoniya”nın oyunçusunu məhz rəsmi matçlar üçün qorumaq qərarına gəlib.

Oktyabrın 10-da Lüksemburqun qonağı olacaq kiprlilər bundan üç gün sonra Albaniyada Azərbaycan yığması ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti