Sportinfo.az xəbər verir ki, Ermənistan ordusu cəbhəyanı zonada ağır artilleriyadan istifadə etməklə yaşayış məntəqələrini atəşə tutur.
“Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, düşmən mərmilərindən biri Ağcabədinin Taynaq kəndinə düşüb.
Nəticədə 9-cu sinif şagirdi İsgəndərov Fərid Dilafət oğlu hadisə yerində ölüb.






