Sportinfo.az xəbər verir ki, Ermənistan ordusu ağır artlleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edir.
"Qafqazinfo"nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, sentyabrın 27-dən bu günədək atəş nəticəsində 200-dən çox yaşayış evi dağıdılıb.
Bunlardan biri də şəhər sakini, Ağdərə rayonundan məcburi köçkün düşən Nemət Ərəbova məxsusdur.
Əməkdaşımızla söhbət edən N.Ərəbov bildirib ki, ermənilər ordumuzla bacara bilmir. Buna görə də, dinc əhalini hədəf alıblar. Hazırladığımız videoreportajı təqdim edirik:

