Elxan Məmmədov ermənilərin bəyanatını absurd və alçaldıcı adlandırdı

1 Oktyabr 2020 10:10 Problem 1 565
Elxan Məmmədov ermənilərin bəyanatını absurd və alçaldıcı adlandırdı

Ermənistan çempionatı dayandırılıb.

Sportinfo.az xəbər verir ki, futbol federasiyasından klublara bu barədə məktub göndərilib.

Bildirilib ki, ölkədə hərbi səfərbərlik elan olunduğu üçün belə addım atılıb. Qərara görə, ölkə ərazisində FİFA bayrağı altında keçirilən bütün yarışlar səfərbərliyin sonuna qədər dayandırılıb.

Hazırda Ermənistan silahlıları ilə Azərbaycan ordusu arasında döyüşlər davam edir. Azərbaycan ordusu bir neçə kəndi və yüksəkliyi ermənilərin işğalından azad edib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Ermənistan Futbol Fedrasiyasının (EFF) bəyanatını absurd və alçaldıcı adlandırıb.

EFF-nin AFFA rəsmilərinin açıqlamaları ilə bağlı şikayətlərinə gəldikdə, o, hər bir ölkə vətəndaşın Azərbaycan bayrağının işğal olunmuş 7 rayon və Dağlıq Qarabağda sancılacağı günü səbirsizliklə gözlədiyini vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti