"Qarabağ"ın oyununda erməni təxribatının qarşısını almaq üçün…

29 Sentyabr 2020 14:22 Problem 650
"Qarabağ"ın oyununda erməni təxribatının qarşısını almaq üçün…

Polşada “Legiya” və “Qarabağ” arasında keçiriləcək Avropa Liqasının pley-off oyununa UEFA xüsusi olaraq təhlükəsizlik üzrə nümayəndə təyin edib.

Sportinfo.az xəbər verir ki, bu addım AFFA-nın müraciəti əsasında gerçəkləşib.

Müraciət son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, oktyabrın 1-də, Polşanın paytaxtı Varşava şəhərindəki “Wojska Polskiego” stadionunda keçiriləcək qarşılaşma ilə əlaqədar ünvanlayıb.

Avropa Liqasının qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılarının üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb.

Bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilərin siyasi xarakterli təxribatçı addımlara yol verməmələri üçün UEFA-nın qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşması vacibdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti