Sportinfo.az xəbər verir ki, Tərtər rayonunda məhkəmənin inzibati binası vurulub.
"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının məlumatına görə, binaya ciddi ziyan dəyib.
Binanın yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub.
Həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşınının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb.

