Mahir Şükürov: “Deyirlər, yalandan ağzınızı açıb-yumun"

30 Noyabr 2022 02:40 Problem 759
Mahir Şükürov: “Deyirlər, yalandan ağzınızı açıb-yumun"

Azərbaycan millisinin son 5 oyunda qazandığı qələbə birmənalı qarşılanmır.

Bəziləri bunu "inkişaf” adlandırsa da, əksəriyyət hələ bunu "uğur” adlandırmağın tez olduğunu düşünür. Keçmiş futbolçu Mahir Şükürov da fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, qaynarinfo-ya açıqlamasında bunları deyib:

"Son 5 oyunda qələbə deyəndə, özümüz bilirik ki, hansı komandalara qarşı olub. Demək olmaz komandamız yüksək səviyyədə, ötürmələrlə-filan oynayır. Şimali Makedoniya və ondan əvvəlki rəqibimiz Moldova elə də güclü deyildilər. Bizə güclü rəqiblərlə oynamaq lazımdır ki, üzümüzə gələn Avropa çempionatının seçmə mərhələsi çərçivəsindəki oyunlarda yaxşı çıxış edək. Makedoniyanı, Moldovanı güclü rəqib saymıram. Demək olar, bizimlə eyni səviyyədədirlər. Makedoniyada çox dəyişikliklər olub, yaşlı futbolçular gediblər. Reytinqdə yüksək olan yoldaşlıq görüşlərində qələbə qazansınlar ki, AÇ-nin seçmə mrhələsinə hazır olsunar. Onsuz qa qrupumuz çətindir”.

Sabiq milli üzvü AÇ-nin seçmə mərhələsindəki şanslarımızı dəyərləndirib. O, İsveç, Avstriya, Belçika və Estoniya ilə mübarizə aparacağı qrupda millinin böyük şanslarının olmadığını söyləyir:

"Şanslarımız? Qrupdan çıxa biləcəyimiz inandırıcı görünmür. Yalnız Estoniya ilə yer uğrunda rəqabət apara bilərik. Digər rəqiblərin son oyunlarını izləməmişəm. Xeyli vaxtdır oynamırlar. Amma reallıq var. Təxmini bilirik ki, nə var nə yox”.

Şükürov son açıqlanan heyətə də toxundu. O, məşqçinin qərarının dəyişəcəyinə inanmadığını bildirir:
Ətraflı

"Məşqçi iki futboçu dəvət etməyib. Məşqçidir də, qərar veribsə, indən belə Qara ilə Maksimi çağıracağına inanmıram. Çağırmaq istəsəydi, bu qədər söz-söhbətlərdən sonra dəvət edərdi. Həqiqətən görünür ki, məşqçi fikrini dəyişmir. Onsuz da Qara Qarayevi oynatmırdı. Maksim də xeyli vaxtdır zədəli idi. Məşqçi onun yerinə alternativ hazırlayırdı. 5 qələbənin qazanıldığı heç bir oyunda Qara Qarayev oynamayıb. Ona görə də real yanaşmalıyıq, məşqçi deyir ki, ona ehtiyacım yoxdur”.

Sabiq yarımmüdafiəçi millimizin məğlub etdiyi rəqiblərin zəif olduğunu və bunu "İnkişaf” adlandırmaqla özümüzü aldatdığımızı düşünür:

"Məşqçinin işi? Heç nədir. Yoldaşlıq görüşünü udmaqla deyil ki. Bizə Avropa və ya dünya çempionatının final mərhələsinə çıxmaq lazımdır. Qrupdan çıxa bilməyəcəyəmsə, mənim işimə hansı qiymət verilə bilər? O vaxt qiymət verilər ki, Avropa çempionatının final mərhələsinə çıxıb işimi sübut edim. Yoxsa Makedoniyanı, Moldovanı, Litvanı, zəif rəqibləri məğlub edim, amma yüksək reyinqli komanadalara uduzum. Yüksək reytinqli rəqiblərlə oynayıb gücümüzü bilmək lazımdır. Zəif komandaları udub, insanların başını aldamaq lazım deyil. Bu, bizi inkişafa doğru aparmır. Özümüzü aldatmayaq. Estoniyanı, Makedoniyanı, nə bilim, Qırğızıstanı udub "inkişaf var” demək düz deyil”.

O, heyətlə bağlı sualı cavablandırarkən, vaxtilə bəh-bəhlə Azərbaycan pasportu verilən Əli Qurbaninin millimizə dəvət olunmamasına da ironik şəkildə toxundu:

"Hazırda heyətə uyğun olmayan oyunçular çoxdur. Guya nə vaxt düzgün heyət yığıblar? Demək olar, kimlər varsa çağırıbar. Bir də iranlı futbolçu vardı - Əli Qurbani, onu çağırsınlar. Niyə çağırmayıblar? Axı ona bəh-bəhlə Azərbaycan pasportu vermişdilər. Milliyə dəvət almırsa, niyə yalandan ona pasport veriblər? Deməli, bir-iki oyun üçün çağırıblar? Azərbaycan pasportunu belə verməsinlər. Xatırlayırsınızsa, o vaxt Mehmet Aurelioya Türkiyə pasportu verəndə bütün millət ayağa qalxmışdı ki, olmaz. Onlar tələb edirdilər ki, Aurelio türk himnini təmiz bilməlidir. Amma AFFA-dan bizimkilərə deyirlər ki, "Gördünüz ki, kamera gəlir, yalandan ağzınızı açıb-yumun, görsünlər, himn oxuyursunuz”.

Digər Xəbərlər
Xəbər Lenti