Problem ciddidir - "Qarabağ"la hər iki oyunu buraxacaq

4 Oktyabr 2022 01:00 Problem 509
Problem ciddidir - "Qarabağ"la hər iki oyunu buraxacaq

Yunanıstan "Olimpiakos"unun forvadrı Yussef Əl-Arabi Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçiriləcək hər iki oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, tibbi müayinədən keçən mərakeşli hücumçunun durumu ciddidir.

Sağ dizinin yan bağlarında problem aşkarlanan 35 yaşlı forvard ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da Afinada, növbəti matçını isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!