Daha bir futbolçu Azərbaycan ilə oyunu buraxacaq

14 May 2022 16:20 Problem 868
Daha bir futbolçu Azərbaycan ilə oyunu buraxacaq

Qazaxıstan iyunda Azərbaycan və Slovakiyaya qarşı UEFA Millətlər Liqasının qrup oyunlarından əvvəl daha bir itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, "Taraz"da çıxış edən Nurlan Dairov sıradan çıxıb.

27 yaşlı müdafiəçi Qazaxıstan Premyer Liqasındakı növbəti iki turu və yığmanın oyunlarını buraxacaq.

Klub Dairovun hazırda zədəsi ilə bağlı müalicə aldığını və bərpa prosesindən keçəcəyini açıqlayıb.

Daha əvvəl komandanın 9 aparıcı üzvünün UEFA Millətlər Liqasındakı ilk iki tur matçlarını buraxacağı bəlli olub.

Qazaxıstan iyunun 3-də Azərbaycanı qəbul edəcək, bundan 3 gün sonra isə Slovakiyanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR