Komada olan Elnur Əşrəfoğlunun son vəziyyəti

13 Oktyabr 2021 16:20 Problem 1 439
Komada olan Elnur Əşrəfoğlunun son vəziyyəti

Tanınmış telejurnalist, Azərbaycan Cüdo Federasiyasının rəsmisi Elnur Əşrəfoğlunun vəziyyəti stabil ağır olaraq qalır.

Sportinfo.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya onun qardaşı Rəşad Şükürov məlumat verib.

O bildirib ki, E.Əşrəfoğlu ECMO aparatından ayrılıb süni tənəffüs cihazına qoşulduqdan sonra elə ciddi fəsadlar olmayıb:

“Kimsə bunu yaxşılaşma kimi düşünə bilər. Amma biz hər gün həkimi ilə əlaqə saxlayırıq.

Bu elə xəstəlikdir ki, hər an hansısa orqandan fəsadı görünə bilər. Hazırda elə ciddi fəsad yoxdur. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...