Dövlətdən hər bir Premyer Liqa klubuna 3 milyon manat illik yardım! - YENİ PLAN İŞLƏNİR

19 Oktyabr 2020 12:44 Premyerliqa 1 112
Dövlətdən hər bir Premyer Liqa klubuna 3 milyon manat illik yardım! - YENİ PLAN İŞLƏNİR

SOCAR növbəti mövsümdən etibarən bütün Premyer Liqa klublarına maliyyə dəstəyi verməyi planlaşdırır.

Sportinfo.az-ın AFFA-dan əldə etdiyi məluma görə, hazırda bu layihənin icra mexanizminin üzərində iş gedir.

Dövlət Neft Şirkəti baş sponsoru olduğu federasiyaya bundan irəli gələn vəziyyətin dərindən öyrənilməsini və tədbirlərin görülməsini tapşırıb.

Heç kimsə sirr deyil ki, Premyer Liqa təmsilçiləri birbaşa və dolayısı ilə SOCAR-dan asılıdır. «Qarabağ» istisna olmaqla, elita iştirakçılarından 7-si adıçəkilən şirkətdən dotasiya alır.

Cari mövsümə kimi «Qəbələ» və «Zirə» həmin siyahıdan kənarda idi, AFFA İcraiyyə Komitəsinin son qərarı ilə onlar da müvafiq olaraq, 1,5 milyon manat və 500 min manat yardım alıb.

Gələn sezondan isə maddi dəstəyin verilməsi qaydasında dəyişiklik gözlənilir. Hər bir kluba ödənilməsi nəzərdə tutulan yardım paketi 3 milyon manat təşkil edir. Bu, ən çox «Səbail», «Qəbələ», «Sumqayıt» kimi büdcəsi göstərilən rəqəmdən aşağı kollektivlərin işinə yarayır.

«Neftçi» və «Keşlə»nin büdcəsi 3 milyondan xeyli artıqdır. Onlar necə olacaq? Hazırkı plana əsasən, bu klubların pul ehtiyatıına toxunulmayacaq. Yəni, olan olduğu kimi qalacaq, 3 milyon isə üstünə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti