Azərbaycan millisinin “FIFA Series – 2026”da Sent Lüsiya ilə keçirdiyi oyun bəzi futbolçular üçün əlamətdar olub.
2 oyunçu yığmada debüt edib, 3 nəfər isə qol hesabını açıb.
Müdafiəçi Abdulla Rzayev və yarımmüdafiəçi Ayxan Hüseynov ilk dəfə yığmanın formasını geyiniblər. Bununla millidə çıxış etmiş ümumi futbolçu sayı 293-ə çatıb.
Rəhim Sadıxov, Vüsal İsgəndərli və Rüstəm Əhmədzadə isə milli forma altında “siftə” ediblər. Bununla yığmanın heyətində rəqib qapılarına yol tapan ümumi oyunçu sayı 77 olub.
Millimiz Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub edib.

