“Burger yediyimə görə milliyə çağırılmadım, heç bir rəhbər arxamda durmadı” - VİDEO

11:20 Milli komanda 129
“Burger yediyimə görə milliyə çağırılmadım, heç bir rəhbər arxamda durmadı” - VİDEO

“Burger yediyimə görə milliyə çağırılmadım”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan əsas millisinin direktoru və yığma komandanın sabiq oyunçusu İlqar Qurbanov “İctimai Tv”də deyib.

O, Berti Foqtsun Azərbaycan yığmasının baş məşqçisi olduğu dönəmdə milliyə dəvət almamasının səbəbinin əlaqəsiz olduğunu bildirib:

“Dedi ki, “İlqar Qurbanov bizimlə oynaya bilməz”. Niyəsini soruşduqda buna burger yeməyimi səbəb olaraq gətirdi.

Nə əlaqəsi var idi, bilmədim. Heç bir rəhbər arxamda durmadı, demədilər ki, “qardaş, adam belə şeyə görə milli komandaya çağırılmır?”

B.Foqts 2008-2014-cü illərdə yığma komandamızı çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti